Amerika Birləşmiş Ştatları (ABŞ) Suriyadan öz ordusunu çıxartmağın original üsulunu düşünüb tapıb - öz qoşunlarını NATO üzrə müttəfiqlərin, xüsusilə də Almaniyanın qoşunları ilə əvəzləmək yolu ilə.
Berlinin ünvanına uyğun çağırışla - «Suriyaya quru qoşunları göndərmək» çağırışı ilə «Welt am Sonntag»-a müsahibəsində ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefferi çıxış edib: «Biz, Almaniyadan quru qoşunları istəyirik ki, Suriyada bizim hərbçiləri qismən əvəzləyək».
Onun sözlərinə görə, «İslam dövləti»nə yalnız Suriya qüvvələrinin köməyi ilə qalib gəlmək olar, amma həm də aviasiya, logistika və texniki kömək dəstəyi üçün beynəlxalq güclərin iştirakı da vacibdir.
Xatırladaq ki, məhz Cefferinin Suriya hökumət ordusuna kömək üçün irəli sürdüyü tapşırıq sayəsində Rusiya kosmik qüvvələri də artıq neçə ildir ki, qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirir, ancaq Vaşinqton bunu görməzliyə vurmağa çalışır. Bununla bərabər, Vaşinqton ötən il dekabrın 19-da öz qoşunlarının Suriya ərazisindən çıxarılmasına başlandığını elan edib.
AzPolitika.info


Şərhlər