Menu

Cəlilabad sakini bir neçə şəxs tərəfindən döyülüb

09.07.2019, 00:26
Cəlilabad sakini bir neçə şəxs tərəfindən döyülüb

Cəlilabad rayonunda döyülmə hadisəsi baş verib."Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Alar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1988-ci il təvəllüdlü Əliyev Elnur Əlisalam oğlu tanımadığı bir neçə şəxs tərəfindən döyülüb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol