Venesuelada hələ də Rusiya hərbçiləri və hərbi mütəxəssisləri var. Bu barədə Senatdakı dinləmələrdə admiral Kreyq Foller bəyan edib. O, Amerika Birləşmiş Ştatları hərbi qüvvələrinin (ABŞHQ) Cənub komandanılığının başçısıdır.
Xəbərə görə, Foller Rusiyanın Venesuelada iştirakı barədə senatorların sualına cavab olaraq, bəyan edib ki, Rusiya öz hərbçilərini Venesueladan çıxartmayıb, prezident Vladimir Putinisə «öz dostu Nikolas Maduronu qorumaqda davam edir». Follerin sözlərinə görə, Karakas Moskvadan kreditlər və texnika şəklində kömək almaqda davam edir.
Bununla yanaşı, admiral qeyd edib ki, Venesuelanın nəhəng kreditoru Çindir və bu ölkənin Çin qarşısında borcu təxminən 60 milyard dollar ətrafındadır.
AzPolitika.info


Şərhlər