Menu

Rusiya türklərin ümidinə qaldı

08.09.2014, 18:52
Rusiya türklərin ümidinə qaldı

Rusiyada türklər 50 milyard dollar dəyərində tikinti sifarişi alıb

Qərb ölkələrinin sanksiyaları ilə üz-üzə qalan Rusiyada türk iş adamları biznes sahələrini genişləndirməkdə davam edir.

ANS-in məlumatına görə, Rusiyada türk tikinti şirkətləri 50 milyard dollar dəyərində tikinti sifarişi alıb.

Bu barədə danışan Moskvadakı Türkiyə səfirliyinin təmsilçisi Gökxan Turan bildirib ki, 2 ölkə arasında əmtəə dövriyyəsinin həcmi də artır.

Onun sözlərinə görə, bu ilin sonunda Rusiya və Türkiyə arasında əmtəə dövriyyəsinin həcmi 35 milyard dollara çatacağı gözlənilir.

Qeyd edək ki, son bir neçə ildə türk iş adamları Rusiya iqtisadiyyatına 10 milyard dollar sərmayə qoyub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol