Menu

Xırdalanda xilasetmə əməliyyatı başa çatdı: 3 ölü, 9 yaralı - Fotolar

09.09.2014, 08:35
Xırdalanda xilasetmə əməliyyatı başa çatdı: 3 ölü, 9 yaralı - Fotolar

Partlayış baş verən binanın dağıntıları altından 8 yaşlı qızın cəsədi çıxarılıb.

Xırdalanda dağıntılar altından çıxarılanların sayı 12-yə çatıb.

APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, beləliklə xilasetmə işləri yekunlaşıb. Fövqəladə Hallar Nazirliyinin xilasediciləri saatlarla davam edən axtarış əməliyyatları nəticəsində 2006-ci il təvəllüdlü Aydan Abbasovanın cəsədini dağıntılar arasından çıxarıblar. Meyit aidiyyatı üzrə təhvil verilib.

Beləliklə, partlayış baş verən binada ölənlərin sayı 3-ə çatıb. 9 nəfər isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, avqustun 8-i səhər saatlarında Xırdalan şəhəri, 26-cı məhəllədə məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində güclü partlayış baş verib. Nəticədə binanın bir blokunun 3 mərtəbəsi çöküb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol