Menu

Nyu-Yorkda 45 minə yaxın insan işıqsız qalıb

14.07.2019, 09:55
Nyu-Yorkda 45 minə yaxın insan işıqsız qalıb

 

Elektrik enerjisinin kəsilməsi Nyu-Yorkun mərkəzində bir neçə xətlərdə metro qatarlarının hərəkətinə təsir edib.

Trend-in məlumatına görə, sakinlər küçələrə çıxıb, bəzilərində izdiham yaşanıb. 44500-ə qədər insan işıqsız qalıb.

Qeyd edək ki, öncə 20 min nəfərin işıqsız qalması barədə məlumat verilmişdir.

Məlumata əsasən, elektrik enerjisinin kəsilməsinə səbəb transformator yarımstansiyasında olan yanğın ola bilər. Manhettenin bəzi küçələrində tıxaclar yaranıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol