O DEPUTATA MEDAL YOX, "PEDAL" VERMƏK LAZIMDIR...

Seymur VERDİZADƏ

Azərbaycan Xalq Cümhuriyyəti bir gündə, bir ayda qurulmadı. O kişilər müstəqiı dövlət qurmaq üçün illərini, hətta ömürlərini qurban verdilər. O kişilər bu kişilərdən deyildilər...

Böyük öndər Məhəmməd Əmin Rəsulzadə Azərbaycanın istiqlalı naminə ailəsindən, canından çox sevdiyi övladlarından keçib. Rəsulzadə ömrünü Ankaranın Sakarya prospektindəki çoxmərtəbəli binanın zirzəmisində başa vurub. Onun yaşadığı evə heç vaxt gün düşməyib.

M.Ə.Rəsulzadənin yaxın dostları, silahdaşları da onunla eyni taleyi bölüşüblər. AXC dövründə üç dəfə baş nazir postunu tutmuş Fətəli xan Xoyski ömrünü sıxıntı içərisində başa vurub. 1920-ci il iyun ayının 19-da Tiflisdə muzdlu erməni qatilləri tərəfindən öldürülən Xoyskinin cəsədini məscidə aparan adamlar kədərli mənzərə ilə qarşılaşıblar: keçmiş Baş nazirin corabları cırıq olub...

Cümhuriyyət dövründə maarif naziri, daxili işlər naziri, baş nazir postlarını tutmuş Nəsib bəy Yusifbəylinin yaşamağa ortabab evi belə olmayıb. Nəsib bəy baş nazir olanda da atasından xərclik alırmış. 1920-ci il may ayının 31-də bolşevik xəfiyyələri onu Kür qırağında qətlə yetirəndə çantasından bir ədəd diş fırçası, diş pastası, bir ədəd sabun və paltar təmizləmək üçün şotka çıxıb...

O vaxt nazirlər qəpik-quruşla dolanıblar, indiki kimi beş-altı min manat maaş almayıblar. Amma heç vaxt xalqın malına tamah salmayıblar...

Bəlkə də "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalı ətrafında başlayan müzakirələr intensiv xarakter almasaydı, tarixə ekskursiya etməyə ehtiyac qalmayacaqdı. Ölkə başçısı tərəfindən "Cümhuriyyət medalı" ilə təltif olunanların arasında xeyli layiqli namizəd var. Yeri gəlmişkən, onların hər birini ürəkdən təbrik edirəm. Amma elə adamlar da var ki, onların ümumiyyətlə məsələnin mahiyyətindən xəbərləri yoxdur. Götürək, deputat Araz Əlizadəni. Araz bəyin reaksiyası təxminən belədir: "Rəsulzadə də bakılıdır, mən də. Mənə də medal düşür".

Sosial şəbəkə iştirakçılarını Araz bəyin bakılı, şəkili söhbəti etməsindən daha çox indiyə kimi sərgiləmiş olduğu mövqe qıcıqlandırır. Prezidentin səxavəti sayəsində "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalını sinəsindən asan Araz bəy indiyə kimi AXC-nin qurucularıyla bağlı bir kəlmə xoş söz danışmayıb. Əksinə, həmişə qaralama mövqeyi tutub. Əlində tutduğu medalın parıltısı sizi aldatmasın, bu adam aşağılamaqda, qaralamaqda bir nömrədir...

Qeyd edək ki, sosial şəbəkə iştirakçılarının "Cümhuriyyət medalı" almış şəxslərdən gözləntiləri böyükdür. Virtual məkanın sakinləri medal alan adamlardan tələb edirlər ki, Bakıda M.Ə.Rəsulzadəyə abidə ucaldılmasıyla bağlı məsələ qaldırsınlar. Modern.az saytı bu təkliflə çıxış edənlərin sayının artdığını nəzərə alaraq, bir neçə medalçıdan fikir öyrənib. Deputat Cavid Osmanovun məsələyə münasibəti belə olub: "Məni bu məsələlərə qarışdırmayın. "Cümhuriyyət medalı"nı mənə cənab Prezident verib. Bizim fəaliyyətimizi dəyərləndirdiyi üçün Allah Prezidentimizin canını sağ eləsin. Bu təktif mənimçün olduqca xoş oldu. Mən dövlətimizə, xalqımıza, mənsub olduğum Yeni Azərbaycan Partiyasına daim sədaqətlə qulluq edirəm. Amma qeyd etdiyiniz mövzu mənim üçün MARAQLI DEYİL, MARAQLANMIRAM".

Təklf edirəm ki, növbəti təltifetmə mərasimində o deputata medal yox, "pedal" versinlər. Belələri bəlkə bir az yavaşıdı. Amma gərək çaşıb "tormoz"un əvəzinə qazı basmasın... (Moderator.az)

635x100

Şərhlər

Aytən 2019-07-14 12:13:24

Belə adamlara medal verməklə madalın mahiyyəti aşağılanmış olur.Təqdim edənlər yanlışlıq ediblər.Hər yetənə bu medalı vermək olmaz!Bir də ki, Araz Əlizadə hardan Bakılı olur.O cənubi Azərbaycanlıdır!

Əntiqə m. 2019-07-14 12:13:24

Əziz Seymur bəy,, bir söz var idi sən də dedin, amma nə qədər ki, Araz Əlizadələr var, çox insanlar o medala həsrət qalacaqlar. Eybi yox. təki vətən sağ olsun.

dadaşyev 2019-07-14 12:13:24

davamı;Bir kuplet də desin bu məmləkətdə doğulduğu üçün başına daş düşmüş dadaşyev. İşsiz energetik montyor çıxır, Gözəllərin dostu sutenyor çıxır, Millətin sevənlər gorbagor çıxır, Büdcəsoyan şövkətlidi,şanlıdu, Galendvagendən düşür,imkanlıdu.

dadaşyev 2019-07-14 12:13:24

Dadaşyevin dəli könlündən bir şer keçdi,mətləbə dəxli olmasa da aldı görək nə dedi: Baxırsan həcdən gəlib qurban kəsir, Qəssab piyandı,qoçu çurban kəsir, Ya Rəbbim,bu nə möcüzə,bu nə sirr? Hacı bütpərəstdi,bütü canlıdu, Galendvagendən düşür,imkanlıdu. * Tazə qonşum var,yumru bir ərəbdi, Alt paltarların balkona səribdi, Banandodaqdı,adı da Turabdı, Gəlib bir qızın evinə giribdi, Olubdu bizdən,azərbaycanlıdu, Galendvagendən düşür,imkanlıdu *

kohne 2019-07-14 12:13:24

Bunlar bu cumhiriyyeti qurublar,o cumhiriyyeti o kişiler qurmuşdu.

dadaşyev 2019-07-14 12:13:24

davamı; Bir gözəl sevdim,halıma yanmadı, Nə qədər dil tökdümsə aldanmadı, Moskviçi xoddadım xoddanmadı, İndi Dubayda şeyxə nişanlıdu, Galendvagendən düşür,imkanlıdu.

Bashirov Qarib 2019-07-14 12:13:24

Seymur muəllim,Gəncədə M.Ə.Rəsulzadənin bustunun başına torba keçirməklə öyunən,ailəsini publik olaraq təhqir edən N.Həmzəyevə də medal verilib, yəqin unutdunuz.

Müfəttiş 2019-07-14 12:13:24

Yazın müəllim, yorulmadan yazın, inanın ki belə yazılara millətin ehtiyacı var....

dadaşyev 2019-07-14 12:13:24

davamı; Dadaşyevin saçlarına dən düşür, İş tapmır yazıq,gəzib əldən düşür, Binqo alır,bir manat hərdən düşür, İyirmi yeddi qat hacılar canlıdu, Galendvagendən düşür,imkanlıdu.

t.ədalət 2019-07-14 12:13:24

Cavid Osmanov kimi bu gün müstəqilliyimizin hesabına deputat olan,maliyyə təminatı alan adamların YAP -da olması, onu göstərir ki, onlar dövlətçiliyimizə münasibətdə kənar şəxslərdir.Üzr istəyirəm,elə ermənilər də bizim şərəfli tariximizə adı çəkilən deputatlar,Cümhuriyyətimizin ilk memarı M.Ə.Rəsulzadə kimi pak və müqəddəs bir liderə xainliklə yanaşanlar kimi mövqe sərgiləyirlər.Nə yaxşı ki hər şey yazılır və bizdən sonrakı nəsillərə ötürülür..

dadaşyev 2019-07-14 12:13:24

Qəşşşəng yazıdı.Heykəl məsələsinə gəlincə,ən gözəl heykəl qəlblərdə qurulan heykəldi vallah.Bu gün olmasa sabah,bir il,10 il sonra,nə vaxtsa millət qəlblərdəki heykəli daş halında düzəldib şəhərin ən hündür yerində ucaldacaq.Bu şəkksiz-şübhəsizdi.Hanı stalinqradlar,kirovabadlar,jdanovlar,hanı onların heykəlləri?Süleyman Rüstəmin medalları və fəxri adları filan qədərdi,özü də Ali Sovetin sədri.Bir məktəbli indi onu tanıyırmı?Amma Vahid yazığın heçnəyi yox idi,ondan da qabaq vəfat etmişdi,amma hamı sevir onu.

Sus 2019-07-14 12:13:24

Qeyrətli və mətin Seymur bəy!Çox sevdim səni-afərin.Sən kimdən "böyükluk" gözləyirsən-jantyajor ARAZDAN.yoxsa qumarbaz Caviddən(o biri dələduzları heç sıyahıya alma)? Bir baxın aslanlara .... Onlar hamısı(Rəsulzadə,Xoyski,....) bizim peyğəmbərlərimizdirlər. Onların heykəlləri bizim ürəyimizdə əbədi ucalmışdır.Zaman-zaman peyğəmbərlərə həmeşə şarlatanlar böhtan atıblar.Seymur-Sənin səhvin odur ki, gör kimi-kimlə müqayisə edirsən?Bu nisbət milyonlara bərabərdir.Bunu tam səmimiyyətimlə deyirəm!

Afiq 2019-07-14 12:13:24

Halal olsun Seymur mellim.Sade insanlarin fikrini seslendirdinize gore.

Son yazılar