Menu

İsmayıllı narkotik mənşəli bitkilər yetişdirən şəxs tutulub

14.07.2019, 16:28
İsmayıllı narkotik mənşəli bitkilər yetişdirən şəxs tutulub

İsmayıllı rayonunda narkotik mənşəli bitkilər yetişdirən şəxs tutulub."Report" xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 1961-ci il təvəllüdlü Qalınçaq kənd sakini Seyidov Şahin Əlixan oğluna məxsus İsmayıllı rayonu Qalınçaq kəndi ərazisində, meşədə 750 ədəd yaş vəziyyətdə narkotik tərkibli çətənə bitkiləri aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol