Menu

Tbilisidə sayca 25-ci etiraz aksiyası keçirilir

14.07.2019, 21:56
Tbilisidə sayca 25-ci etiraz aksiyası keçirilir

Tbilisidə, Gürcüstan parlamentinin binası önündə ölkənin daxili işlər naziri Giorgi Qaxarianın istefası tələbi ilə növbəti aksiya keçirilir.

"Report"un yerli bürosu xəbər verir ki, sayca 25-ci aksiyadan öncə əl işlərinin sərgi-satışı təşkil olunub.

Sərgi-satışdan əldə olunan gəlirin 20%-i aksiyanın təşkilat qrupuna təqdim olunacaq.

Təşkilatçılar mübarizələrini sona qədər aparacaqlarını və DİN rəhbəri istefa verənə qədər aksiyaları dayandırmayacaqlarını bildiriblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol