Menu

Bakıda yaşayış binasının zirzəmisində “Nissan” avtomobili yanıb

14.07.2019, 22:35
Bakıda yaşayış binasının zirzəmisində “Nissan” avtomobili yanıb

Bakıda yanğın qeydə alınıb.

FHN-dən verilən məlumata görə, şəhərin Xətai rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisindəki avtomobil dayanacağında “Nissan" markalı minik avtomobilinin 2 ədəd təkəri, mühərrik və salon hissəsi yanıb. Yüksək temperaturdan yaxınlıqda dayanan “Hyundai” markalı minik avtomobilinin güzgüsü əriyib.

Hər iki avtomobilin qalan hissələri və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol