Menu

Gədəbəydə zəncirvari avtomobil qəzası baş verib, xəsarət alan var

14.07.2019, 23:29
Gədəbəydə zəncirvari avtomobil qəzası baş verib, xəsarət alan var

Gədəbəy rayonunda 4 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub."Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Zəhmət kənd ərazisində qeydə alınıb.

Gədəbəy rayon Arıqdam kənd sakini, 1986-cı il təvəllüdlü Firdovsi Məmmədovun idarə etdiyi "Niva" markalı avtomobil əvvəlcə "QAZel" markalı avtomobilə, sonra isə yaxınlıqdakı "VAZ-2107" və "VAZ-21015" markalı avtomobillərə çırpılıb. Qəza zamanı zərbənin gücündən "QAZel" markalı avtomobil aşıb.

Hadisə zamanı F.Məmmədov xəsarət alıb. Yaralı Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol