Menu

"YouTube" və "Instagram" ulduzu qəzada ölüb

15.07.2019, 02:35
"YouTube" və "Instagram" ulduzu qəzada ölüb

 

Tanınmış britaniyalı bloger Emili Hartric 35 yaşında yol qəzası nəticəsində həlak olub.

Trend-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, E.Hartric Londonda öz evi yaxınlığında elektrik skuterdə yük maşını ilə toqquşub.

"YouTube" və "Instagram" ulduzu hadisə yerində dünyasını dəyişib.

Qeyd edək ki, Emili Hartric "YouTube"dakı bloqu (340 min izləyici) və "Instagram" hesabı (50 min izləyici) sayəsində tanınıb. E.Hartricin bloqunun əsas mövzuları "lifestyle" (həyat tərzi) və sağlam həyat tərzi olub. "YouTube" və "Instagram" ulduzu tez-tez məşqlərdən foto və videolar, həmçinin səyahətlərdən vloqlarla paylaşırdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol