Menu

Metroda da qiymət artır?

09.09.2014, 10:56

metropMetropolitendən bildirilir ki, hazırkı gedişhaqqı rentabilli deyil

Bakı metropolitenində hazırkı gedişhaqqı rentabilli deyil. Bu barədə Bakı metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev ANS PRESS-ə bildirib. Onun sözlərinə görə, hazırda metropolitenində gedişhaqqı 20 qəpikdir.

“Hazırda sərnişinlərin daşınması üçün çəkilən xərc indiki gedişhaqqından azı 2 dəfə çoxdur. Lakin gedişhaqqının artırılması məsələsinə Taarif Şurası baxır. Gediş haqqıların artımı üçün metropoliten tərəfindən Taarif Şurasına müraciət daxil olmayıb”, - deyə Nəsimi Paşayev bildirib.

Qeyd edək ki, ötən gün şəhərətrafı və qəsəbələrarası marşrutda gedişhaqqılarında artım olub. Sosial şəbəkələrdə isə yaxın günlərdə metropolitendə də gediş haqqıların artacağı barədə söz-söhbət yayılıb. Hətta bəzi fikirlərə görə, “28 may” stansiyasının yeni təmirdən çıxdıqdan sonra metroda gedişhaqqı 30 qəpik olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol