Menu

Bakıda psixiatriya xəstəxanasında müalicə olunan gənc oğlan intihar edib

15.07.2019, 14:03
Bakıda psixiatriya xəstəxanasında müalicə olunan gənc oğlan intihar edib

Bakıda psixiatriya xəstəxanasında müalicə olunan 29 yaşlı kişi intihar edib.

"Report"un məlumatına görə, hadisə Səhiyyə Nazirliyinin Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya xəstəxanasında qeydə alınıb.

Orada müalicə olunan Ağcabədi rayon sakini, 1990-cı il təvəllüdlü Vasif Həsənov özünü palatanın pəncərəsinin dəmir barmaqlıqlarından asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol