Bu gün Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun doğum günüdür. Nazir 58 yaşını qeyd edir.
"AzPolitika" xatırladır ki, Kəmaləddin Heydərov 15 iyul 1961-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Çeşməbasar kəndində anadan olub.
1978-ci ildə Naxçıvan şəhər 1 saylı orta məktəbi, 1984-cü ildə Azərbaycan Dövlət Universitetinin geoloji-kəşfiyyat fakültəsini bitirib. Sonradan Azərbaycan Universitetində ikinci ali təhsil alıb.
Əmək fəaliyyətinə 1978-ci ildə "Xəzərdənizneftqaz" kəşfiyyatı idarəsində başlamış, texnik və geoloq vəzifələrində çalışıb. Sovet hakimiyyəti dağıldıqdan sonra həm Azərbaycanda, həm də Özbəkistanda bizneslə məşğul olduğu bildirilir. Hətta onun Özbəkistanda pambıq zavodları alması ilə bağlı məlumatlar yayılmışdı...
Mərhum prezident Heydər Əliyev hakimiyyətə gəldikdən az sonra - 1995-ci ilin yanvar ayında hökumətdə yüksək vəzifəyə - Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyinat alıb. "Wikileaks" tərəfindən yayımlanmış məxfi sənədlərdə Bakıda diplomatik fəaliyyətdə olan ABŞ diplomatı Donald Lunun Vaşinqtona göndərdiyi raportlarda K.Heydərovun adı qırmızı xəttlə keçirdi. O, prezident Heydər Əliyevin belə bir qərar verməsini Kəmaləddin Heydərovun güclü rəhbərlik keyfiyyətlərinə malik olması ilə bağlamışdı. Lu öz hesabatında eyni zamanda qeyd etmişdi ki, "Kəmaləddin Heydərov hakim partiyanın işini gücləndirərək Heydər Əliyevin etimadını qazanmış, nəticədə, prezident vacib DGK sədri vəsifəsini ona etibar etmişdi".

Qeyd edək ki, Kəmaləddin Heydərov güclü idarəçilik bacarığına malik olmasını 2006-ci ilin fevral ayında Fövqalədə Hallar naziri vəzifəsinə təyin olunduqdan sonra da göstərə bildi. Tamamilə sıfırdan qurulan nazirliyin qısa müddətdə ölkənin ən güclü və işlək strukturlarından birinə çevrilməsinin həm də Heydərovun təşkilatçılıq keyfiyyətləri ilə bağlı olduğu şübhə doğurmur. Yəqin bu keyfiyyətinə görə, Fövqalədə Hallar Nazirliyi ilə yanaşı Heydərov uzun illər Dövlət Gömrük Komitəsinin və Vergilər Nazirliyinin də fəaliyyətinə nəzarət edə bilib...
Kəmaləddin Heydərov eyni zamanda iri biznes strukturlarına məxsus oliqarx kimi də tanınır. Ona məxsus “Gilan holdinq”in tərkibində həm ölkə daxilində, həm də xaricdə yüzlərlə müəssisə fəaliyyət göstərir. Heydərovun biznes strukturları kənd təsərrüfatından tutmuş tikinti məhsulları istehsalına, otel biznesindən başlamış balıqçılıq sənayesinə qədər, ən müxtəlif sahələrdə fəaliyyət göstərir. Ümumiyyətlə, Heydərovun biznes fəaliyyəti o qədər genişdir ki, ona ayrıca bir neçə yazı həsr etmək olar...
Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti olan Kəmaləddin Heydərovun, idman sektorunda da imzası var. Qeyd olunan sahələrin inkişafı ilə yanaşı "Qəbələ" futbol klubunun yaradılması məhz Heydərovun adı ilə bağlıdır.
Heydərovlar mədəniyyət sahəsində də fəaldırlar. Kəmaləddin Heydərov bəstəkardır. Mahnılarını “Kamal” imzası ilə bəstələyir. Azərbaycanda populyar müğənnilərin ifa etdiyi bir sıra mahnıların musiqisi Kamaləddin Heydərova məxsusdur. K.Heydərovun özü televerilişlərdən birində bildirib ki, o, əvvəldən müəllifi olduğu mahnıların altında öz adının tam yazılmasını istəməyib, bəstələr “Kamal” imzası ilə tanınıb.
Kəmaləddin Heydərovun izinə media sektorunda da rast gəlmək olar. Ölkədə bir sıra agentlik və saytların, o cümlədən bu yaxınlarda müəmmalı şəkildə bağlanan və bir neçə aydan sonra yenidən fəaliyyətə başlayan "APA" da məhz Heydərovun patronajlığı altında fəaliyyət göstərir.
Eyni zamanda, cənab Heydərovun Azərbaycanın siyasi cameəsi arasında da güclü dayaqları var.

Sözsüz ki, K.Heydərov bütün bu uğurlara məhz sabiq və hazırki prezidentlərin böyük etimadı sayəsində nail ola bilib. Lakin son 2-3 ildə Kamalın heç də yaxşı günlər keçirmədiyi çox aydın şəkildə müşahidə olunub. Onun biznesində böyük problemlər yaranıb, kurasiya etdiyi sahələr ard-arda nəzarətindən çıxarılıb, komandası parçalanıb və ondan narazı salınıb, avtoritetinə güclü zərbələr endirilib...
Ancaq bu qədər zıppıltıdan sonra belə K.Heydərovun büdrədiyini əminliklə söyləmək mümkün deyil. Onu, çox güclü bir özəlliyi başqalarından həmişə fərqləndirib - ENİNDƏ-SONUNDA BÜTÜN DÜŞMƏNLƏRİNƏ VƏ RƏQİBLƏRİNƏ QALİB GƏLİB. Son 25 ildə həmişə belə olub. Sanki, sonuncu belə döyüşdən də yenə Heydərov qalib çıxmış kimidir. Amma bu qələbə "Pirr qələbəsi"ni xatırladır - ordusunu itirmiş sərkərdə təsirini bağışlayır Kamal...
İndi bu "ordusuz sərkərdə" ilə bağlı nə qərar veriləcək, demək çətindir. Amma hansısa qərar olacaq - buna ciddi əminlik var...
İstənilən halda, Kəmaləddin müəllimi təbrik edirik.
"AzPolitika"

Şərhlər
davamı-"ba evinin giriş məntəqəsinin avadanlıqlarla birlikdə dəyəri 2 milyon manata bərabərdir."Çox heyif ki,insanların çoxu milyarder olandan sonra bir zamanlar metroda,taksidə,marşrutda,tramvayda,tralebusda,piyada gəzdiyi,adi həyat sürdüyü günlərini unudurlar.Milyader və xeyriyyəçi Allahın ona bəxş etdiyi var-dğvlətin 50% millətinə təmənnasız xərcləməlidir ki,Allah da ona halal eləsin.Kamaləddin qardaş sənə böyük hörmətim var.Heç olmasa indi də olsa ayıl.Ziya bəyin aqibətini xatırla.
davamı-adı dillərdə dastan olsun.Kamaləddinin Mərdəkanın giriş dairəsindən sol tərəfdə dəniz istiqamətdə bir neçə milyarda bərabər 500 nəfərin bağ evinin sahəsini zor gücü ilə zəbt etdiyi nəhəng bağ evi var.Ba= evində xüsusi mühafizəsi var.Heç kəsin "duxu"çatmır ki.ora yaxınlaşsın.Yaxınlaşanın da vay halına.Maraq üçün kimsə həmin ərazidə dövr edən taksi sürücülərindən xahiş etsin ki,məni Kamaləddinin bağına apar.Taksi sürücüsü yalvaracaq ki,"hara deyirsən sürüm,ancaq ora yox."Bağ evinin
Ey rəy yazan və Kamaləddini haqsız olaraq tərifləyən insanlar.Unutmayın və əbədi olaraq xatirizdə saxlayın "dövlət başçısı tərəfindən Kamaləddinə verilən şans hansısa ucqar rayonun cobanına verilsəydi o da tez bir zamanda Kamaləddinin imkanlaeı səviyyəsinə çatardı."Çoxunuz yazırsınız ki,Kamaləddin xeyriyyəçidir.)) xeyriyyəçi o adama deylir ki,o vətəninə,millətinə daima əl tutur.Day kamal kimi yox.Kamaləddin pakazuxa üçün 1 milyon nəfərdən 1-nə hansısa işdə əl tutub və bunu qəsdən mətbuatda dərc etdirib ki,
Var-dövlətin 15%-ni versə, Qarabağı almaq olar yazırsınız, bəs düşünmürsüzki, həmin var-dövləti Qarabağı qara günə qoymaqla qazanıblar.
Hörmətli“AzPolitika” K.Heydərov bütün bu uğurlara məhz ona etimad göötərənlərə sadiqliyi ilə nail olub.Əmin olun ki,onun qələbəsi heç vaxt “Pirr qələbəsi” olmayacaq.Çünki,ən azı bu general başqaları kimi "çirkli" siyasi oyunların nə başçısı, nə oyunçusu olmayıb.K.Heydərovun siyasi cameədəki dayaqları vətənə, dövlətə bağlı olduqları üçün bu GENERAL "ordusunu heç vaxt uturməyən və itirməyəcək sərkərdə" dir.İnşaallah çox xəbislərin arzuları ürəklərində qalacaq.
AD Gününüz mübarək sadiq sərkərdə.
Çörəkverən yox, iş verəndir bu nazir
Cənab Heydərova böyük dəyər verirəm. Ancaq pedaqoji işlə məşğul olmayan məmurlara, iş adamlarına "müəllim" deyə müraciət etməyə qəti etiraz edirəm. Müəllim peşəsi müqəddəsdir, həm bəşəri həm ruhani baxımdan yüksək dəyər verilən, ibadətə bərabər tutulan işdir. Müraciət forması kimi çox sayd söz var-cənab, Zat aliləri, bəy, ustad, möhtərəm, sahib, ağa və s. Niyə müəllim kimi ağır və müqəddəs peşənin adını kiməsə "podxod" eləmək, qılığına girmək, bəzi hallarda isə yaltaqlanmaq üçün istifadə edirsiniz?Ayıbdır!
yuz neferin coreyinin kesir- bir nefere cuzi yardim edir- bu inhisarci sexs
Qəbələ rayonunu dünyanın ən gözəl məkanına çevirdiniz.Sizi ürəkdən təbrik edirik.Ailəmiz adından Bəhman.
Təbrik edirik. Ətrafımdan eşitdiyimə görə, Kəmaləddin müəllim çörək verən kişidir!
Yaxşı qərar belə olardı ki, bu kişi Baş nazir təyin ediləydi .Bizim məmləktdə də belə təyinat absurd olardı....
.... içində bir kişi varsaki sadə camaata əl tutur oda KAMALDIR.Bunu şəxsən özümdən deyirəm Gilanda işləmişəm dəqiq bilirəm.Başqaları .... Adam bunun şirkətində işləyəndə sözün əsl mənasında özünü adam hiss edir istər maddi istər mənəvi cəhətdən. Kişinin əli həmişə sadə millət üçün açığdır.Allah balasını saxlasın..... Allah bu döyüşdə Kamalı qalib etsin
Kamaləddin müəllim ad gününüz mübarək!
Hamı sizin var-dövlət sahibi olduğunu deyir.Ancaq mən inanməram. Siz var-dövlər sahibi,milyarder olsaydınız ən azından var-dövlətinizin 15%-ni işqal altında olan Qarabağ torpaqlarını zor gücü ilə alardınız.Vətən övladları da hər zaman sizə rəhmət oxuyardılar.Öləndən sonra yox,elə sağ ikən heykəlinizi Azadlıq meydanında ucaldardılar.