Fazil Mustafa: “Gürcülər bu cəsarəti çox zaman bizim təmkinimizdən alırlar"
Xəbər verdiyimiz kimi, Keşikçidağda Azərbaycan sərhədçiləri ilə Gürcüstanın mülki şəxsləri arasında xoşagəlməz insident yaşanıb. Belə ki, Gürcüstan vətəndaşları sərhədi qanunsuz şəkildə pozublar, üstəlik onlardan biri sərhədçimizin silahını əlindən alıb.
Maraqlıdır, gürcülər sərhədlərimizi pozmaq və əsgərlərimizə hücum etmək cəsarətini haradan və ya kimdən alırlar? Baş vermiş hadisəyə adekvat cavab olmalıdırmı?
AYNA-ya bu barədə danışan millət vəkili Fazil Mustafa hesab edir ki, baş verən bu insidenti cavabsız buraxmaq olmaz: “Belə bir hadisənin baş verməsi bizim üçün utancverici haldır. Qarşısının alınması üçün isə mütləq addımlar atılmalıdır".
"Azərbaycan sərhədi toxunulmazdır. Hər hansı bir şəkildə sərhədi pozmağa çalışan mülki şəxslərin qarşısına heç sərhədçiləri yox, elə mülki şəxsləri çıxarmaq lazımdır. Anlasınlar ki, Azərbaycan sərhədində təxribat xarakterli hərəkətlər etməyin heç bir anlamı yoxdur”, - F.Mustafa bildirib.
Deputat baş vermiş hadisənin Rusiya ilə əlaqələndirilməsinə də münasibət bildirib: “Rusiya olmur, başqa dövlət olsun, bu hərəkəti törədən istənilən ölkəyə qarşı mütləq sərt addım atılmalıdır".
"Gürcülər bu cəsarəti çox zaman bizim təmkinimizdən alırlar. Biz də təmkinimizi bir kənara qoymalıyıq, sərhəd pozan istənilən şəxsi elə cəzalandırmalıyıq ki, digərləri də görsün ki, sərhədi pozmaq olmaz. Azərbaycan tərəfi mövqeyini rəsmi və qəti şəkildə ortaya qoymalıdır”, – deyə deputat vurğulayıb.

Şərhlər
davamı;2008-in qışında tam qazsız qaldıqları vaxt Tiflisdə evlərdən peç trubaları çıxmışdı,hər pəncərədən paytaxtda burum-burum tüstü qalxırdı.O günlərdə köməklərinə biz gəldik,qaz verdik,nə qədər minnətdarlıq etdilər bizə!İndi də o günləri onlara yaşatmasaq ağılları başlarına gəlməz.İqtisadiyyatla diz çökdürmək mümkün olan yerdə silaha ehtiyac yoxdu 21-ci əsrdə.Silaha əl atsaq dünya xristian aləmi onların haqlı-haqsızlığına baxmaz,müslimanıq deyə bizi təkləyər.
Gürcüləri özümüz qudurtduq
İlkin olaraq gürcü kilsələrinə on illərlə millətin boğazından kəsib müftə-müsəlləm verdiyimiz qazı kəsmək lazımdır,həm də səbəbini lağ edirmişcəsinə tamamilə başqa bir şeylə izah edərək,məsələn,biz tərəfdəki boru xəttində bir nasazlıq oldu,təmiri ay yarım filan çəkər,nə bilim guya profilaktik işlər görülməlidir və sair və ilaxır.Görsək ay yarımdan keçdi,ağıllanmadılar,daha iki ay uzatmaq lazımdı ki,payız,qış gəlsin,görsünlər günlərini.Ta 2008-də Rusiya qazını tamam kəsəndə bizə yalvardıqları günə düşsünlər
azərbaycan sərhədciləri bizi ğürcülərdən yox ğürcüləri bizdən qoruyur biz ğedib ğürcüstanda ucuz mal ğətirməyək bizi tutsunlar və 5 manat alsinlar !!!! niyə atəş acilmayib əsğərə əmr verilməyib sərhədi pozana atəş ac ??? dəhşətdi belə sərhəd qoruyarlar nəsə
Fərsiz güc struktuları. İçəridə 3 vətəndaş bir yerə yığışanda qoşun yeridilir. Gülləni vururlar öz vətəndaşının başına. .......
Fikrimcə indiki vəziyyətdə Gürcüstanla sərhəddə baş verən hadisə ilk növbədə diplomatik yolla nizama salınmalı və bu cür hadisələrin təkrarlanacağı halda ölkəmiz tərəfindən adekvat addımların atılacağı onlara izah edilməlidir.Sərhədi pozan və silahı hərbiçimizdən alan gürcü vətəndaşlarının sərt cəzalandırılmasına nail olmaq lazımdır.Məncə silahı verən hərbiçimiz də öz cəzasın almalıdır.Bildiyimə qədər hərbi qaydalara görə hərbiçimiz ilk növbədə havaya xəbərdaredici atəş açmalı və əgər yenidən ona hucum olardısa hədəfə atəş atmalı idi.Silahə təhvil vermək isə məncə hərbi cinayət sayılmalıdır.Qardaş Türk dövlətinin siyasi gedişləri fikrimcə bizə örnək olmalıdır.ALLAH bütün türk dünyasını və o cömlədən Azərbaycanımızı qorusun.
Fazil bəylə tam razıyam.Fikrimcə siyasi oyunlari əxlaq/mənəviyyat normaları və məşiyyət qaydaları ilə oynamaq olmaz.Yəni dövlətlər arasında yaxşı qonşu ifadəsi işlətmək sadılövlükdür.Ən yeni tarixdən göründüyü kimi II dünya müharibəsində Rus imperiyası demək olar ki bizim neftimizlə qalib gəldi, qazancımız isə 20 yanvar, DQ və Xocalı qətilyamı oldu.Yaxud bu qədər investitsiya yatırdığımız və pis gündə əl tutduğumuz Gürcüstan, bir anın içində üzləri döndü.Ermənilərin, İranın və Türkmənistanın adını çəkmək istəmirəm.Sadəcə demək istəyirəm hər bir qonşu ölkələrin ölkəmizdən öz xeyrlərinə umacaqları var və özləri üçün sərfəli məqam hiss edən kimi hucuma keçirlər.Bu səbəbdən kiməsə etibar etmək sadəlövlükdür.Sadəcə xalqın başında olan ölkə rəhbərləri ayıq olmalı, yarana biləcək təhlükələrdən vaxtında xəbər tutmalı və yaranan qığılcımlar sərt şəkildə vaxtında söndürülməli və qığılcımın alova çevrilməsinə imkan verilməməlidir.
Ən yeni tarixdən məlumdur ki ən azından 1900-1988-ci illər arasında erməni rəhbərləri həmişə DQ-ı Azərbaycandan qoparmaq üçün yollar aramış və erməni xalqını da bu yolda gizli-aşkar səfərbər etmişlər.Biz isə qonşuluğumuzda olan bu boyda təhlükəni düzgün qiymətləndirməmişdik.Yəqin ki yaşlı nəsil yaxşı bilir ki DQ münaqişəsi başlayanda xalqımız və o vaxtki ölkə rəhbərləri nə hərbi, nədəki ideologu cəhətdən bu savaşa hazır deyildi.Daha döğrusu o boyda sovet hökümətinin bizi ermənilərin ayağına verəcəyinə inanmaq istəmirdik.Rus imperiyası tez-tez adını dəyişən komitələrlə və dəyişilən respublika rəhbərlərlə bizi aldadaraq vaxt udmağa çalışırdılar.Yəni münaqəşə başlayanda nə baş vediyini düzgün qiymətləndirsəydik, yəqin ki 31 ildə bu vəziyyətə düşməzdik.
Rusiya Gürcüstanı bu bir ay içində qəşəng cəzalandırmaq üsulları axtarır,deputatlardan radikalları hətta deyir 2008-dəki kimi cəzalandırmaq lazımdır.Amma Krıma görə başı bəlalı olan Rusiya ehtiyatlı davranaraq bizim əlimizlə gürcüləri cəzalandırmaq istəyir;çünki gürcülər qazı bizdən alırlar,aralar qarışıb iş böyüsə biz qazı kəsəsi olsaq gürcü qarşıdakı qışda soyuqdan ləlöyün döyəcək.Ona görə də bu hadisə yüz faiz rusun və onun buyruqqulu olan ermənilərin işidir.Gürcü 2008-in qazsız qışını unutmaz.