Xəbər verildiyi kimi, sentyabrın 7-də İranın ali dini lideri ayətullah Əli Xamneyi əməliyyat olunub.
Xamneyinin prostat vəzindən əməliyyat edildiyi bildirilir. hafta.az-ın məlumatına görə, ölkənin rəsmi İRNA agentliyi ilk dəfə olaraq ali dini liderin prostat vəzində bədxassəli şiş – xərçəng olması barədə məlumat yayıb. Halbuki artıq 5 ilə yaxındır ki, çoxlarına Xamneyinin sağalmaz xəstə olması məlum idi.
Xatırladaq ki, hələ 2010-cu ilin noyabrında məşhur WikiLeaks saytının yaydığı ABŞ kəşfiyyatının gizli sənədlərindən birində İranin ruhani liderinin xərçəng xəstəliyinə düçar olması barədə məlumat qeydə alınmışdı.
Həmin informasiya 2009-cu ildə tez-tez Tehranda olan Orta Asiyalı bir biznesmendən eks-prezident Ə.Rəfsəncaniyə yaxın dostuna istinadən alınmışdı. Lakin o zaman İran rəsmiləri Xamneyinin xərçəng olması haqda xəbəri təsdiqləməmişdi


Şərhlər