Polşanın müdafiə naziri Tomaş Semonyak bildirib ki, əgər rəsmi Kiyev müraciət etsə, Polşa Ukraynaya silah satmağa hazırdır.
Virtualaz.org saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, polşalı nazir iyul ayından etibarən Ukraynaya silah tədarükünə embarqonun olmadığını xatırladıb.
“Ukraynalılar yaxşı bilirlər ki, biz istehsal edib yaradırıq və təklif edirik. Onlar fikirləşməlidir ki, nəyə ehtiyacları var və bu ehtiyaclarını ödəməyə maddi imkanları çatırmı. Əgər rəsmi Kiyev razılıq versə, bizim müdafiə sənayemiz sifarişləri həyata keçirməyə hazırdır” - deyə polşalı nazir bildirib.


Şərhlər