"Hazırda feysbukda çoxları provokatorlara atəş açmayan sərhədçi haqqında qəzəbli statuslar paylaşır. Hesab edirəm ki, o, tamamilə doğru hərəkət etdi. Belə ki, bu provokasiya genişmiqyaslı konfliktin alovlandırılması üçün istifadə ediləcək qurbanın yaradılmasına hesablanmışdı".
"AzPolitika"nın məlumatına görə, bu fikri öz feysbuk səhifəsində Azərbaycanın keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov paylaşıb.
Tofiq Zülfüqarov daha sonra qeyd edib ki, ermənipərəst “Reqnum” agentliyinin onun mövqeyini dərc etməməsi də, baş verənlərin provokasiya olduğunu göstərir: “Mənə “Reqnum” agentliyindən zəng etdilər və yaranan situasiyanı (Keşikçidağla bağlı – red.) şərh etməyimi xahiş etdilər. Müsahibəmdə dedim ki, yaranan situasiyadan faydalananlar və bəlkə də onun sifarişçiləri ermənilər və Rusiyadakı erməniyönlü qüvvələrdir. Onların hədəfi isə Azərabycan üçün Gürcüstandan “ikinci cəbhə”nin açılışıdır".
"Türkiyə, Gürcüstan və Azərbaycanın strateji tərəfdaşlığı çoxlarını narahat edir. Gözlənildiyi kimi, “Reqnum” açıqlamanı çap etməkdən imtina etdi. Ona görə də mənim məsləhətim emosiyaları kənara qoyub, bunun kimə faydalı olacağını düşünmək və provokatorların tələsinə düşməməkdən ibarətdir. Əsgərə isə halaldır”, – deyə o bildirib.

Şərhlər
Hörmətli Arif qardaşım mən hər zaman sizin məntiqli rəylərinizi oxuyuram.Bəli bu gün Rusiyaya Qafqazda sakitlik lazımdır.Gürcüstanı Rusiyaya və Azərbaycana qarşı qaldıran mənfur ABŞ-la ABŞ-ın əlaltısı olan Avropadır. ABŞ-a və Avropaya keçmiş SSRİ məkanında sabitlik lazım deyil.Çünki,sabitlik olan yerdə inkişaf olur.Türkiyəyə qarşı aparılan iyrənc siyasətin başındada ABŞ dayanır.Rusiya ilə Türkiyənin yaxınlaşması bölgənin inkişafı deməkdir.Qərbə və ABŞ-a bu lazım deyil.
Bu gün Rusya elə bir durumda deyilki Gürcüstanı bizə yönəldə bilsin, həmdə insafən desək heç marağında deyil, çünki Qafqazda sakitlik Rusyaya hava su kimi lazımdır, Qafqazda qarışdırma işinə Qərb marağlıdır, bunu bəlkədə bilməyən yoxdur, Rusyanın Türkiyə ilə apardığı düzgün siyasət nəticəsində bölgədə sakitlikdir, hamımız bilirik ki Qərbə nə lazımdır.
hər kəsin öz mövqeyi var amma bu vəziyyətdə erməni qarabaqda ğürcü burdan belə yumuşaq rəftar olmaz ğürcülərə rövnəq benzin qaz verir havayi bunlarin hamisina ğərək diş ğörsədəsən yoxsa azərbaycan batdi yiyəcəklər bizim torpaqlari qalx ayaqa AZƏRBAYCAN !!!!!
Gürcülərə çox da bel bağlamayın.
Düzgün mövqeydir, dəstəkləyirəm Tofiq müəllim!