Menu

Azərbaycan neft məhsullarının ixracını 5% azaldıb

16.07.2019, 15:14
Azərbaycan neft məhsullarının ixracını 5% azaldıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 521 min tona yaxın neft məhsulları ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2% azdır.

“APA-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ölkədən ixrac edilən neft məhsullarının dəyəri 261,2 mln ABŞ dollarından çox olub ki, bu da ötən ilin ilk yarısı ilə müqayisədə 8,3% azdır.

Qeyd edək ki, yanvar-iyunda neft məhsullarının Azərbaycanın ümumi ixracında payı 2,62% təşkil edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol