Menu

"Qaçırılan gəmidə 18 nəfər olub" - Ömər Çelik

16.07.2019, 21:52
"Qaçırılan gəmidə 18 nəfər olub" - Ömər Çelik

Türkiyə bayrağı altında üzən “Paksoy-I” karqo gəmisinə dünən axşam saatlarında Nigeriya sahillərinə yaxın bölgədə silahlı hücum olub.

Hadisə nəticəsində 18 heyət üzvündən 10-u girov götürülüb.

Strateq.az xəbər verir ki, bu barədə Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömer Çelik açıqlama verib.

O bildirib ki, Xarici İşlər Nazirliyi və kəşfiyyat orqanları girovların qaytarılması istiqamətində fəaliyyətə başlayıb.

Xatırladaq ki, bundan əvvəl oğurlanan gəmidə 10 nəfərin olduğu açıqlanmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol