«Batkivşina» partiyasının lideri Yuliya Timoşenko prezident Vladimir Zelenskiyə yeni parlamentdə bütün avropayönlü partiyaları, Pyotr Poroşenkonun «Avropa həmrəyliyi» partiyası istisna olmaqla, bir cəbhədə birləşdirməyi təklif edib.
Bu barədə prezidentliyə eks-namizəd «İCTV» telekanalının efirindən bildirib.
Timoşenkonun sözlərinə görə birləşməni kimin pardamentdə nə qədər yer almasından asılı olmayraq həyata keçirmək lazımdır. «Biz, prezident partiyasının çoxluq təşkil edib-etməyəcəyindən asılı olmayaraq, parlamentdə bütün demokratik, ukraynayönlü, avropayönlü siyasi komandaları birləşdirməyi təklif edirik» - Timoşenko bildirib.
Timoşenko sabiq prezidentin partiyasına qarşı çıxıb, belə ki, onun fikrincə, bu partiyanın yalnız avropayönlü və patriotik şüarları var, siyasəti isə korrupsiyalaşmış olub.
AzPolitika.info


Şərhlər
Yuliya Timoşenkko əsil siyasətçi olmasa da,əsil qadındı.Çox gözəl,çox baxımlı.Zelenskinin yerində olsam hər gün nəyisə müzakirə eləmək üçün onunla söhbət edərdim.Deyərdim könül nə çay istər,nə də çayxanə,könül məhəbbət istər,çay bir bəhanə.