Menu

"Ayaks"ın futbolçusu Mateys de Liqt Turinə gəlib 

17.07.2019, 02:01
"Ayaks"ın futbolçusu Mateys de Liqt Turinə gəlib 

Hollandiyanın "Ayaks" klubunun müdafiəçisi Mateys de Liqt Turinə gəlib.

“Report” xəbər verir ki, bu barədə "Yuventus"un rəsmi "Twitter" səhifəsi yazıb.

Yaxın müddətdə futbolçu tibbi müayinədən keçəcək. Hər şey qaydasında olarsa, niderlandlı futbolçu Turin klubu ilə beşillik müqavilə imzalayacaq.

Daha əvvəl "Yuventus"un de Liqtin transferini 75 milyon avroya razılaşdırdığı xəbər verilib. Belə olacağı təqdirdə o, İtaliya A Seriyasının ilinə 12 milyon avro qazanan ən yüksəködənişli müdafiəçisi olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol