Menu

Prokuror 1 milyon manatlıq dələduzluq edənlərə cəza istəyib

17.07.2019, 11:54
Prokuror 1 milyon manatlıq dələduzluq edənlərə cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində 1 milyon manatlıq dələduzluqda təqsirləndirilən Aqil Qədirov və Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

APA-nın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. Dövlət ittihamçısı A. Qədirovun 12, E. Məmmədovun 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses iyulun 19-da davam edəcək.

.

Qeyd edək ki, "Meqa-Siti Holdinq” MMC-nin təsisçisi Aqil Qədirov və tanışı Elnur Məmmədov 1 milyon manatlıq dələduzluqda təqsirli bilinir. İttihama görə, həmin şəxslər inşa etdikləri yaşayış binasındakı eyni mənzili bir neçə nəfərə satıblar. Cinayət işində 33 zərərçəkmiş var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol