Menu

İnvest-AZ İnvestisiya şirkəti iştirak payında dəyişiklik elan edib

17.07.2019, 18:17
İnvest-AZ İnvestisiya şirkəti iştirak payında dəyişiklik elan edib

Elşən Quliyev "İnvest-AZ İnvestisiya Şirkəti" QSC-nin kapitalında payını 60 faizdən 73,98 faizədək artırıb. Bu barədə illik hesabatda bildirilir.2018-ci ildə şirkət səhmlərin denominasiyasını həyata keçirib və əlavə səhmlər buraxıb. Bu hərəkətlər nəticəsində digər səhmdar Ceyhun Abdullayevin payı 26,02%-ə enib.

"Invest-AZ" şirkəti 2006-cı ilin yanvar ayında iki Azərbaycan vətəndaşı tərəfindən yaradılıb. Şirkətin nizamnamə kapitalı 1,6 milyon manat təşkil edir və 1230 səhmə bölünür. 2018-ci ilin yekununda şirkətin xalis mənfəəti ikiqat artıb və 650 min manatdan artıq olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol