Menu

ABŞ vətəndaşı QHT-lərin işi üzrə dindirildi

09.09.2014, 14:33
ABŞ vətəndaşı QHT-lərin işi üzrə dindirildi

Keçmiş siyasi məhbus, hazırda ABŞ vətəndaşı olan Səid Nuri yenidən sentyabrın 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsində ifadə verib.

Bu barədə Turan-a onun nümayəndəsi Yalçın İmanov bildirib. O, bir qrup QHT-ə açılan cinayət işi ilə bağlı şahid kimi dindirilib.

Y.İmanov İltizam alındığından dindirmə ilə bağlı geniş məlumat verə bilməyəcəyini vurğulayıb.

Öz növbəsində S. Nuri Turan-a bildirib ki, baş verənlərə görə stress keçirib və bu onun səhhətinə ciddi təsir edib. Onun sözlərinə görə, sentyabrda öd kisəsindən əməliyyat olunamalıdır.

Xatırladaq ki, Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq S.Nurinin ABŞ vətəndaşlığını tanımayaraq onun Azərbaycandan çıxışına qadağa qoyub.

S.Nuri vaxtilə "Yeni Fikir" Gənclər Birliyinin sədr müavini olub.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında deyilir ki, S.Nuri Azərbaycan vətəndaşlığından çıxması ilə bağlı müvafiq dövlət orqanlarına müraciət etməyib, odur ki, onun xarici ölkə vətəndaşlığına mənsub olduğu tanınmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol