“Dalğa Arena”da Azərbaycan və “Qarabağ” üçün tarixi qol vurulub

“Qarabağ”ın futbolçusu Dani Kintana tarixə düşüb.

APA-nın məlumatına görə, ispaniyalı legioner Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində “Partizani”yə qarşı oyunda təmsilçimizin ikinci qoluna imza atıb.

“Dalğa Arena”da vurulan bu top ikiqat yubileylə əlamətdar olub. “Qarabağ” avrokuboklar tarixində özünün 100-cü qoluna sevinib. Bu, Ağdam klubunun 106-cı görüşünə təsadüf edib. Bunadək keçirilən 105 avrokubok oyununda “Qarabağ” 98 dəfə fərqlənmişdi.

Bu qol həm də Azərbaycan klublarının avrokuboklar tarixində rəqib qapısından keçirdiyi 300-cü top olub. Nəticəsi ləğv olunan matçlar və texniki nəticələr nəzərə alınmamaqla, bu, ölkəmizin tarixində 330-cu avrokubok görüşündə qeydə alınıb.

Təmsilçilərimiz cari mövsümədək 293 dəfə qol sevinci yaşamışdı. Ötən həftə keçirilən avrokubokların ilk qarşılaşmalarında “Neftçi” üç, “Səbail” iki qol vurmaqla bu rəqəmi 298-ə çatdırmışdı.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar