Menu

Samarada 46 özbək zəhərlənib

18.07.2019, 16:31
Samarada 46 özbək zəhərlənib

Samara vilayətinin Koşelevka kəndində 46 nəfər Özbəkistan vətəndaşı zəhərlənib. Bu barədə Rusiya İstintaq Komitəsi bölgə idarəsinin saytında xəbər verilir.

Müəyyən olunub ki, 2019-cu ildə Özbəkistandan Samara vilayətinə 60 nəfər gəlib. Onlar «Koşelevkski posad» şirkətində işə giriblər. Şirkət öz məhsullarının, o cümlədən, alma, qarağat, moruq və s. meyvə-giləmeyvələrin pərakəndə və topdan satışı ilə məşğul olur.

Özbəklər Sızran rayonundakı kirayə evdə yaşayırlar, yeməyi özləri hazırlayırlar. Onların nədən zəhərləndikləri məlum deyil. Baş verən hadisə araşdırılır, yoxlama aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol