Menu

Rusiyalı idmançılar Gürcüstana getməkdən imtina ediblər

19.07.2019, 22:51
Rusiyalı idmançılar Gürcüstana getməkdən imtina ediblər

Rusiya Reqbi Federasiyası avqustun 27-də Tbilisidə keçiriləcək oyunda iştirakdan imtina edib.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, federasiya bunu rusiyalı millət vəkillərinin Gürcüstana gəlməsindən sonra ölkədə yaranan ictimi-siyasi vəziyyətlə əlaqələndirib.

“Rusiya Reqbi Federasiyası Gürcüstanda, xüsusilə də Tbilisidə baş verən hadisələrlə əlaqədar dərin narahatlıq keçirir. Təəssüf ki, Gürcüstan ərazisindəki insanların ritorikası ictimai qayda-qanunun pozulmasına və bu ölkədəki insanların həyatına təhlükə yaranmasına səbəb olur. Yaranmış vəziyyətlə əlaqədar olaraq Rusiya Reqbi Federasiyası Gürcüstanla Rusiya arasında keçiriləcək oyunun, böyük ehtimal ki, baş tutmayacağını bildirir”, – deyə federasiyanın bəyanatında qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol