Menu

FHN Neftçala və Şüvəlanda iki nəfəri suda boğulmaqdan xilas edib

19.07.2019, 22:55
FHN Neftçala və Şüvəlanda iki nəfəri suda boğulmaqdan xilas edib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti boğulmaq təhlükəsi ilə üzləşən 2 nəfəri xilas edib.

APA xəbər verir ki, bu barədə nazirliyin internet səhifəsində məlumat yer alıb.

Xilasedicilər tərəfindən Neftçala rayonunda və Bakının Şüvəlan qəsəbəsindəki qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol