Menu

"SOCAR Georgia" benzini bahalaşdırıb

20.07.2019, 12:32
"SOCAR Georgia" benzini bahalaşdırıb

İyul ayında Gürcüstanda yanacaqdoldurma məntəqələrində benzinin qiymətində artım qeydə alınıb.

APA-nın Gürcüstan bürosu xəbər verir ki, bahalaşma bu ölkədə fəaliyyət göstərən "SOCAR Georgia" şirkətinə məxsus yanacaqdoldurma məntəqələrində də qeydə alınıb. Artım 5 tetri təşkil edib.

Hazırda ölkə ərazisində 1 litr benzinə olan qiymət 2,53-2,59 lari arasında dəyişir. Bahalaşmanın larinin dollar qarşısında ucuzlaşması və yanacaq qiymətlərinin artması ilə əlaqəli olduğu bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol