Moskva-Praqa təyyarəsində yanğın olub

Bu gün Moskvadan Praqaya uçan "Boeing 737" sərnişin təyyarəsinin yük bölməsində yanğın olub.

APA-nın "İnterfaks"a istinadla verdiyi məlumata görə, yanğın təyyarə havaya qalxan zaman başlayıb.

Təyyarənin komandiri dispetçerlə əlaqə saxlayıb və yük bölməsində gözlənilməz hadisə barədə məlumat verib. Təyyarənin yanğınsöndürmə sistemi işə salınıb və təyyarə təcili Moskva aeroportuna qayıdıb.

Təyyarənin sərnişinləri və heyət üzvləri arasında xəsarət alan olmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar