Menu

Millimiz yenə məğlub oldu

10.09.2014, 08:51
Millimiz yenə məğlub oldu

Komandamız növbəti oyununu otyabrın 10-da İtaliyaya qarşı keçirəcək.

Azərbaycan yığması AVRO-2016-nın seçmə mərhələsində çıxışına uğursuz start verdi.

Millimiz doğma meydanda Bolqarıstan yığmasına 1:2 hesabı ilə məğlub olub.

“Bakcell Arena”da keçirilən qarşılaşmada hesabı 14-cü dəqiqədə qonaqlardan İlian Miçanski açıb.

Millimiz Dmitri Nazarovun vurduğu qolla 54-cü dəqiqədə hesabı bərabərləşdirsə də bolqarlar 87-dəqiqədə qələbə qolunu vurub, Ventsislav Xristov fərqlənib.

Qeyd edək ki, yığmamız növbəti oyunlarını oktyabrda keçirəcək. Ayın 10-da İtaliyanın qonağı olacaq komandamız 4 gün sonra səfərdə Xorvatiya ilə qarşılaşacaq.  /anspress

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol