Menu

Obama İŞİD-lə mübarizə planını Amerika xalqına təqdim edəcək

10.09.2014, 09:48

ObamaABŞ prezidenti Barak Obama bu gün Yaxın Şərqdə "İslam dövləti" militantlarına qarşı mübarizə planı haqda xalqa müraciət edəcək.

Ağ Evin yaydığı açıqlamada bildirilir ki, prezident "İslam dövləti"ni sıradan çıxarmağa və məhv etməyə yönəlik planını axşam telelviziya müraciətində amerikalılarla paylaşacaq.

ABŞ prezidenti Barak Obama və administrasiyanın yüksək səviyyəli rəsmiləri İraq və Suriyada "İslam dövləti" qrupuna qarşı strategiyanı müzakirə edib.

Prezident Obama "İslam dövləti" qrupunun Suriyanın şərzində istinadgahına hava hücumlarını nəzərdən keçirir. Prezident Obama deyib ki, onun məqsədi yaraqlıları zəiflədib məğlub etməkdən ibarətdir.

ABŞ prezidenti dövlət katibi Con Kerri, Konqresdə demokratların və respublikaçıların liderləri Herri Rid və Mİtç Makkonnell, Nümayəndələr Palatısının spikeri Con Beyner və Nümayəndələr Palatasında nüfuzlu demokrat Nensi Pelosi ilə müzakirələr keçirir.

Cənab Obama hücuma keçmək üçün səlahiyyətə malik olduğunu deyib. Lakin bəzi ABŞ qanunvericiləri Suriyada hər hansı bir missiyaya başlamazdan əvvəl Konrqesdə Birləşmiş Ştatların regionda siyasəti ilə bağlı geniş debatın keçirilməsinə çağırır. /"Amerikanın səsi"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol