Menu

Xəzər dənizində bir nəfər batıb

23.07.2019, 18:03
Xəzər dənizində bir nəfər batıb

Xəzər dənizinin Astara rayonu ərazisində bir nəfər batıb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Belə ki, FHN-in "112" qaynar telefon xəttinə, Astara rayonunda dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol