Menu

Oğurluq etdiyi mağazanı yandıran Ağdam sakini saxlanıldı

23.07.2019, 22:25
Oğurluq etdiyi mağazanı yandıran Ağdam sakini saxlanıldı

İyulun 19-da Ağdam rayon sakini N.Rüstəmova məxsus, ümumi sahəsi 32 kvm olan mağazada yanğın baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Ağdam RPŞ-nin əməkdaşları tərəfindən aparılmış araşdırmalarla Quzanlı kənd sakini, əvvəllər məhkum olunmuş R.Hüseynovun həmin mağazadan oğurluq etməsi, daha sonra yanğını törətməsi müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə R.Hüseynov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol