Menu

Azərbaycan şirkəti nizamnamə kapitalını 2 milyon manatdan çox azaldır

24.07.2019, 15:06
Azərbaycan şirkəti nizamnamə kapitalını 2 milyon manatdan çox azaldır

"Enginet İnvest" MMC-nin nizamnamə kapitalı 2 milyon 410 min manat azaldılıb.

"Marja" xəbər verir ki, MMC-nin elanında bildirilir:

"Enginet İnvest" MMC (VÖEN: 1404066871) nizamnamə kapitalının 6,800,100.00 manatdan 4,390,100.00 manata azaldığını elan edir.

"Enginet İnvest" MMC 8 Yanvar 2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Məmmədov Samir Qaçay oğlu, hüquqi ünvanı isə Bakı, Yasamal rayonu Mirəli Seyidov ev 20 C, məhəllə 3148, m. 82-dir.

Eyni ünvanda 8 milyon 600 min manat nizamnamə kapitalı olan "Enginet" MMC də qeydiyyatdan keçib. "Enginet" MMC-nin qanuni təmsilçisi Nağıyev Anar Xalid oğludur. “Enginet” şirkəti IT sahəsində sistem inteqrasiyası üzrə hərtərəfli həllər təklif edən telekommunikasiya xidmətləri təchizatçısıdır. Həmçinin şirkət “BİRLink” ticarət nişanının (brendinin) sahibidir. “BİRLink” FTTH – genişzolaqlı multiservis girişi olan, bir fiber optik kabel üzərindən yüksək sürətli və dayanıqlı İnternet, telefoniya və televiziya xidmətləri göstərir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol