Menu

Şəhidlər ekshumasiya ediləcək

24.07.2019, 19:30
Şəhidlər ekshumasiya ediləcək

1993-1994-cü illərdə Füzuli rayonu istiqamətində gedən döyüşlər zamanı həlak olaraq tanınmadan İmişli rayonundakı "Şəmmədli" qəbiristanlığında dəfn edilmiş şəhidlərə aid meyit qalıqlarının eksqumasiyası ediləcək.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından Turana məlumat verilib ki, iyul ayının 23-də meyit qalıqlarının eksqumasiyası və tibbi-genetik ekspertizasının keçirilməsi istiqamətində işlərə başlanılıb.

Bununla əlaqədar Dövlət Komissiyasının Azərbaycan Respublikasının Baş prokuroruna müraciətinə əsasən, Bakı Hərbi Məhkəməsi tərəfindən 14 iyun 2019-cu il tarixli Qərar qəbul edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol