Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti hərbi hissələri yoxlamaq məqsədilə cəbhəboyu zonada səfərdədir.
Döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən Müdafiə nazirinə əməliyyat şəraiti barədə məruzə edilib.
Sonra general-polkovnik Z. Həsənov bölmələrin döyüşə hazırlıq səviyyəsini yoxlayıb, düşmənin ön mövqelərini müşahidə edib.
Düşmənlə təmas xəttindəki vəziyyəti qiymətləndirən nazir Ali Baş Komandanın tapşırıqlarını və qarşıda duran vəzifələri şəxsi heyətə çatdırıb.
Müdafiə naziri bölmələrin döyüş qabiliyyətini, maddi-texniki təminatını, silah-sursat və hərbi texnika ilə təchizatını, həmçinin şəxsi heyətin mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.
Sonda nazir çay süfrəsi arxasında şəxsi heyətlə söhbət aparıb.


Şərhlər
Bizim güclər hədsiz reklam edilir. 366 kimi Gümrü Hərbi Bazasından başlamış rəqibin gücləri isə sadalanmır? BMT şərti göstərib: işğalçılar Azərbaycan ərazisini tərk etməlidirlər. Heç kəs təhlil vermir ki, işğalçı hərbi arsenal və heyəti hansı tərkibdədir? Onlara dəstək verənlər və istehsalçılar belə texniki göstəriciləri ilə mətbuata verilməlidir. Əhali bilsin ki, onun genosidi qəsdinə çalışanlar kimlərdir və müdafiə dəf etməyə hazır olsun. "Vedrə-qazan altı" döyməklə "donuz darıdan çıxmaz!"