Menu

"O videonu yaymayın..." - Müdafiə Nazirliyi

26.07.2019, 10:34
"O videonu yaymayın..." - Müdafiə Nazirliyi

Təyyarənin hərbi aerodromdan qalxdığı vaxt gecə vaxtı olub, təlim-məşq uçuşları da gecə vaxtı keçirilib. Burada isə açıq-aydın görünür ki, hava işıqlıdır, gündüzdür.

Bu barədə sosial şəbəkələrdə yayılan, guya MiQ-29 qırıcısının qəza anını əks etdirən videogörüntü ilə bağlı Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunub ki, yayılan videogörüntünün heç bir əsası yoxdur və yalandır:

"Plana uyğun keçirilən təlim-məşq uçuşları axşam vaxtı həyata keçirilib. Bu videoda göstərilən gün rejimi isə həmin vaxtla uyğun gəlmir, məhz buna görə də bu görüntülər saxtadır. İctimaiyyətə isə həmin videonu yaymamağa, o cümlədən inanmamağa çağırırıq".

Şərhlər

t.ədalət 2019-07-26 10:34:59

Ordu ilə bağlı materialların yayılmaması üçün "Müdafiə nazirliyinin xahişi" yox,ciddi cəza tətbiq olunmalıdır.Hər-halda videonun şəbəkəyə haradan daxil olduğunu araşdırmaq çətin deyil.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol