Menu

"Neftçi" Azərbaycanın xalını artırdı - UEFA reytinqi

26.07.2019, 14:57
"Neftçi" Azərbaycanın xalını artırdı - UEFA reytinqi

Avropa Liqasının 2-ci təsnifat mərhələsinin ilk oyunlarından sonra UEFA-nın yeni reytinq siyahısı açıqlanıb.

Qol.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Avropa Liqasında “Neftçi”nin Rusiyanın “Arsenal” klubunu məğlub etməsi (1:0) ölkəmizə 0,250 xal qazandırıb.

Azərbaycan son 5 mövsümdəki xallarını 16,625-ə çatdırıb və 26-cı sıradakı mövqeyini qoruyub. 25-ci pillədəki Qazaxıstanın isə 17.625 xalı var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol