Menu

"Əsas istəyimiz Türkiyənin “S-400”ləri işlək vəziyyətə gətirməməsidir” - Mayk Pompeo

26.07.2019, 17:01
"Əsas istəyimiz Türkiyənin “S-400”ləri işlək vəziyyətə gətirməməsidir” - Mayk Pompeo

“Açığı, əsas istəyimiz Türkiyənin “S-400” zenit-raket kompleksini işlək vəziyyətə gətirməməsidir”.

“Report” İHA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo “Bloomberg” telekanalına müsahibəsində Türkiyənin Rusiyadan aldığı “S-400”lə bağlı sualı cavablandırarkən deyib.

Respublikaçılar Partiyasından olan senator Lindsey Graham sosial şəbəkədəki səhifəsində “S-400”ə dair məsələ ilə bağlı belə açıqlama yazıb: “Azad Ticarət Anlaşmasını müzakirə edərək Türkiyədəki müttəfiqlərimizlə daha güclü əlaqələr qura biləcəyimizə ümid edirəm. Bu, iqtisadiyyatlarımızı inteqrasiya edəcək və hər iki ölkə “qazan-qazan” prinsipi ilə faydalanacaq. Türkiyənin “S-400” sisteminin aktiv hala gətirməsi nəticəsində əlaqələrimizə zərər dəyməsinin qarşısını almaq üçün bir yol tapmalıyıq. Söhbət Türkiyədən getdiyi üçün “qazan-qazan”a üstünlük veririk, “itir-itir”ə deyil”.

Şərhlər

Türk 2019-07-26 17:01:56

ABŞ və onun rəhbərləri S-400-dən it kimi qorxurlar.Çünki,S-400 dünyada analoqu yoxdur.Bu yaxınlarda ABŞ-ın təriflədiyi Petrotu husilər məhv etdi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol