Menu

Şuşada yol qəzası baş verib - 5 erməni ölüb

26.07.2019, 18:04
Şuşada yol qəzası baş verib - 5 erməni ölüb

Emənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində baş verən yol qəzası nəticəsində 5 nəfər ölüb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Polisinin Mətbuat xidməti yayıb.

Hadisə iyulun 26-da Şuşa şəhər Su-Elektrik Stansiyasının yaxınlığında qeydə alınıb. “QAZ-31105” markalı avtomobil yoldan çıxaraq, dərəyə aşıb.

Ölənlərin hamısı Ermənistanın Sünik vilayətinin Tex kəndindən olan bir ailənin üzvləridir. Onlar Dağlıq Qarabağa yasa gedirmiş.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol