Menu

Göyçayda evin həyətindən nəhəng ilan aşkarlanıb - FOTO

27.07.2019, 13:39
Göyçayda evin həyətindən nəhəng ilan aşkarlanıb - FOTO

Göyçay rayonunda nəhəng ilan evə hücum edib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə iyulun 26-da saat 21:30 radələrində rayonun Birinci-Ərəbcəbirli kəndndə qeydə alınıb.

Belə ki, kənd sakini Cavid Həşimov həyətlərinə soxulan bir metrlik ilanı zərərsizləşdirmək üçün əvvəlcə avtomobili ilə onun üzərindən keçib. O, daha sonra çomaq vasitəsi ilə ilanı öldürüb.

C.Həşimovun sözlərinə görə, əvvəlcə zəhərli ilanı həyətlərində görüncə qorxuya düşüb. Lakin o, özünü itirməyib və ilanı öldürüb.

 

Şərhlər

dadaşyev 2019-07-27 13:39:34

Bu azı 3 metrəlik ilana oxşayır.Nə bir metr?Piton balasıdı deyəsən.Bu Həbəşistan istiləri 5-10 il də davam etsə tropik cəngəlliklərdən yerin altıyla sürünə-sürünə 10 metrəlik Anakonda ilanları da qonaq gələ bilər bizlərə.Göyçaya olmasa da Kürdəmirə.A qardaş,keçənlərdə qələt elədim Qazıməmməd yoluyla Ucara getdim,bahooo,Kürdəmirdən keçəndə günün lap ortasına düşdük,Allaaah,gördüm nəfəsim çatmır,ölürəm,evə zəng vurub vəsiyyətimi elədim.Dedilər kül başuva,ölürsən ki?Dedim ondan da pis,Kürdəmirdən keçirəm.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol