Menu

"Bu il çox fərqli il olacaq" - Nazir müavini

27.07.2019, 14:55
"Bu il çox fərqli il olacaq" - Nazir müavini

"2019-cu il sosail təminat və sosail müdafiənin gücləndirilməsi baxımından çox fərqli il olacaq".

“Report”un xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Abşeron rayonunun Saray qəsəbəsində şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 50 mənzilin təqdim olunma mərasimində deyib.

O xatırladıb ki, bu ilin sonuna qədər şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 800 mənzil veriləcək: “Biz iyun ayında şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 60 mənzilin verilmə mərasimində iştirak etmişik. Bu gün şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə verilən 50 mənzil ölkə başçısının müharibə zamanı əziyyət çəkmiş şəxslərə göstərdiyi xüsusi qayğısıdır”.

Nazir müavini bildirib ki, bu ilin sonuna qədər şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə veriləcək avtomobillərin sayı da artacaq: “Biz bununla yanaşı şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə avtomobillərin verilməsində də iştirak etmişik. Növbəti avtomobillər də sahiblərinə təqdim olunacaq. Bununla da şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə bu il ərzində veriləcək avtomobillərin sayı 600-ə çatdırılacaq”.

Şərhlər

t.ədalət 2019-07-27 14:55:09

Dövlətin Şəhid ailələrinə və Qarabağ əlillərinə göstərdiyi qayğı çox gözəldir.Mənzilləri çaqqallar ulaşan Abşeron ərazilərində deyil,Bakıda vermək doğru olar.Tıxacların hökm sürdüyü indiki zamanda Məhəmmədi və Masazırdan müalicə üçün əlillər şəhərə necə gəlsin?Deyəcəksiz ki,oralarda da klinikalar olacaq.Ancaq bu mümkün olan deyil.Mərkəz oliqarxların ixtiyarına buraxıldığı üçün Vətən uğrunda əlil olanlara Kənar yerlərdən,məsələn ətraf qəsəbələrdə tikilən,alıcısı olmayan binalardan verilir..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol