Bu gün səhər saatlarında Bakının Qaradağ rayonunda, Sahil qəsəbəsi yaxınlığında yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə, mikroavtobusla yük avtomobilinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.
Hadisə yerinə 6 təcili tibbi yardım briqadası göndərilib.
Səhiyyə Nazirliyindən APA-ya bildirilib ki, xəsarət almış 6 nəfər Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onlardan 2 nəfərin vəziyyəti ağır, 4 nəfərin vəziyyəti orta-ağırdır.


Şərhlər
Bu qədər qəza və ölümlər kifayət edir ki,mikroavtobuslar sərnişin daşımalarından kənarlaşdırılsın.Görəsən,aidiyyatı qurumlar nə vaxta kimi susacaqlar?