Menu

Azərbaycan Dəmir Yolları daha bir kredit üçün razılıq aldı

29.07.2019, 11:28
Azərbaycan Dəmir Yolları daha bir kredit üçün razılıq aldı

“Dünya Bankı Şimal-Cənub dəmir yolu nəqliyyatı dəhlizinin Bakı şəhərindən Astara rayonuna qədər olan hissəsinin inşasını maliyyələşdirməyə razılıq verib”.

Bunu “Report”a açıqlamasında “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

“Bu dəhlizdə ümumilikdə 543 km yoldan söhbət gedir. Dünya Bankı bu layihənin maliyyələşdirilməsində tək iştirak etmək istəmir və başqa maliyyə institutlarını da cəlb etmək niyyətindədir”, - deyə qeyd edib.

Qeyd edək ki, bu layihənin hesabına 343 km-lik dəmir yolu xətti genişləndiriləcək və ikixətli olacaq.

Xatırladaq ki, bundan öncə Bakı-Yalama-Bakı dəmiryolu xəttinin yenidən qurulması üçün hökumət Asiya İnkişaf Bankından (ADB) 450 mln dollar vəsait cəlb edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol