Menu

Penitensiar xidmətə 39 yeni avtomobil alınıb - FOTOLAR

29.07.2019, 12:24
Penitensiar xidmətə 39 yeni avtomobil alınıb - FOTOLAR

Ədliyyə nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Ceyhun Həsənovun iştirakı ilə xidmətin Mühafizə Alayında yeni alınmış avtomobillərə baxış keçirilib.

Penitensiar xidmətdən APA-ya verilən məlumata görə, yeni avtomobillər müvafiq xidmət sahələri üzrə çalışan və xüsusi təlim keçmiş əməkdaşlara təhkim olunub.

Bildirilib ki, Penitensiar xidmətinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məhkumların və həbs edilmiş şəxslərin etibarlı müşaiyəti, əməkdaşların xidmət yerlərinə daşınmasının təmin edilməsi üçün nəqliyyat parkının yenilənməsi məqsədilə 39 müxtəlif təyinatlı yeni avtomobil alınıb.

[gallery size="full" ids="537600,537601,537602"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol