Menu

İranda kriptovalyutalardan istifadəyə icazə verilib

29.07.2019, 12:40
İranda kriptovalyutalardan istifadəyə icazə verilib

İran hökuməti ölkədə kriptovalyutalardan istifadəyə icazə verib.

“Report” bu barədə İran prezidentinin internet səhifəsində istinadən xəbər verir.

Məlumata görə, İranın Nazirlər Şurasının iyulun 27-də Prezident Həsən Ruhaninin sədrliyi ilə keçirilmiş iclasında “kriptoqrafik emal məhsullarının istifadəsinə" razılıq verilib. Bununla belə, müvafiq risklər qeyd olunmaqla tədavülünə icazə verilən kriptovalyutalar bank sisteminin zəmanəti altında olmayacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol