Menu

Bakıda toyda klarnet ifaçısı qəfildən keçinib

29.07.2019, 20:50
Bakıda toyda klarnet ifaçısı qəfildən keçinib

Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində baş tutan toy məclisində klarnet ifaçısı qəfildən dünyasını dəyişib.

APA-nın məlumatına görə, Vaqif Zabratlı adıyla tanınan klarnet ifaçısının halı pisləşib və o, təcili tibbi yardım xidməti gələnə qədər keçinib.

Xəbəri həmin vaxt məclisdə olan müğənni Sevinc Bünyadova da təsdiqləyib. Onun sözlərinə görə, V.Zabratlı ürək çatışmazlığından əziyyət çəkirmiş.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol